Daha bir klubda faciə: 29 futbolçu və klub üzvləri ağır yaralandı

12:44 21 Aprel 2015

Mərakeşdə ağır yol qəzası baş verib.
 
 
SportArena.az xəbər verir ki, Mərakeş birinciliyində mübarizə aparan "Şabab Atlas Henifra" klubunun futbolçularını aparan avtobus başqa bir avtobusla toqquşub. "Şabab Atlas Henifra" "Şabab Rif Al-Hosyema" komandası ilə səfər oyunundan qayıdırmış.
 
İlkin məlumatlara görə, qəza nəticəsində ən azı 29 nəfər yaralanıb. "Şabab Atlas Henifra"nın prezidenti İbrahim Oaba bildirib ki, komandanın qapıçısı Lusin Zana ağır yaralanıb. O, komadadı.


Digər xəbərlər

Xəbər xətti