“Milan”ın yeni sahibinin 1 milyard pulu var

13:01 21 Aprel 2015

Tailandlı iş adamı Bi Teçaubol “Milan” klubunun alqısı ilə bağlı əməliyyatı həftəsonu sona çatacağını açıqlayıb.

 

SportArena.az xəbər verir ki, aprelin 26-da iş adamı Teçaubol klubun səhmlərinin 20 faizini alacaq. İl ərzində isə daha 45 faizinin sahibi olacaq. Bu isə Binin 65 faiz səhmlərlə klubun auksioneri və yeni prezidenti olacağı deməkdir.

 

Məlumat üçün bildirək ki, “Milan”ın yeni sahibinin 1 milyard avroya yaxın pulu var. Məlumatlara görə, onun biznesi ölkəsində və Avstraliyada daşınmaz əmlak və reklamla bağlıdır.


Digər xəbərlər

Xəbər xətti