"Bakı"nın prezidenti Hafiz Məmmədov İbrahim Uzunca ilə görüşməkdən imtina edib. Artıq 3 həftəyə yaxındı ki, baş məşqçi patronun qəbuluna girib, komandanın dərdini ona deyə bilmir. Klubun sahibi işlərinin çoxluğunu əsas gətirir və hər dəfə görüşü təxirə salır.
Belə bir vaxtda "Bakı"nın "Siçovul" ləqəbli rəsmisi bazanın içində nümayişkaranə şəkildə bildirib ki, ayyarımdan sonra burda söz sahibi mən olacam və Uzuncanı göndərəcəm. Görünür, əliəyrilər növbəti dəfə Məmmədovu yalanlarıyla doldurub və o, yenə səhv qərar verməyə hazırlaşır.sportinfo