İK açıqladı: Klub prezidentinə 10 oyunluq cəza

13:22 21 Aprel 2015

İntizam Komitəsinin növbəti iclası keçirilib.

 

SportArena.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub:

Əvəzedici heyətlərin XXX turunun “Bakı” – “İnter” matçında “İnter” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.

Əvəzedici heyətlərin XXX turunun AZAL – “Sumqayıt” matçında AZAL klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.

Əvəzedici heyətlərin XXX turunun “Simurq” – “Qarabağ” matçının 45-ci dəqiqəsində “Qarabağ” klubunun 33 №-li futbolçusu Şəhriyar Əliyev meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

 

I Divizionun XXIV turunun “Rəvan” – “Qaradağ Lökbatan” matçının 77-ci dəqiqəsində “Qaradağ Lökbatan” klubunun prezidenti Tahir Mustafayevin göstərişilə meydançanı tərk etmişdir. Klub prezidenti öz hərəkətləri ilə yaranmış vəziyyəti daha da gərginləşdirmiş, hakimləri təhqir etmişdir. Lakin matçın hakim-inspektorunun təkidi ilə oyun 12 dəqiqədən sonra bərpa olunmuş və matç sona qədər oynanılmışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, İntizam Komitəsi aşağıdakı qərarları qəbul edir;

 

“Rəvan” – “Qaradağ Lökbatan” matçında “Qaradağ Lökbatan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.

Oyunun 77-ci dəqiqəsində “Qaradağ Lökbatan” klubunun baş məşqçisi Əfqan Talıbov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 100 manat cərimə olunur.

“Qaradağ Lökbatan” klubu meydanı tərk edərkən klubunun prezidenti Tahir Mustafayev geniş kütlə qarşısında hakimlər briqadasını və hakimlər komitəsini təhqir etdiyinə görə 10 oyun stadiona girişinə qadağa qoyulur, klub 2000 manat cərimə olunur.

“Qaradağ Lökbatan” klubu meydançanı özbaşına tərk etdiyinə görə klub 1000 manat cərimə olunur. Bu hal yenidən təkrarlandığı halda klub daha ağır cəzalanacaqdır.

Oyunun 85-ci dəqiqəsində “Rəvan” klubunun 77 №-li futbolçusu Ceyhun Cavadov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

 

I Divizionun XXIV turunun “Turan Tovuz” – “Kəpəz” matçında “Kəpəz” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.       

 

I Divizionun XXIV turunun “MOİK” – “Mil-Muğan” matçının 56-cı dəqiqəsində “MOİK” klubunun 14 №-li futbolçusu Araz İbadlı kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 200 manat cərimə olunur.


Digər xəbərlər

Xəbər xətti