Lənkərandan son xəbər: Komandada son durum necədir?

16:21 21 Aprel 2015

Premyer Liqanın 31-ci turu çərçivəsində aprel ayının 25-də “Qəbələ” ilə doğma meydanda qarşılaşacaq “Xəzər Lənkəran” hazırlıqlarını davam etdirir. SportArena.az xəbər verir ki, "ağ-yaşıllar" bu gün növbəti məşqini keçirib.
 

Saat 11:00-da ehtiyat meydançada başlayan və saatyarım davam edən hazırlıq prosesi bütövlüklə toplu çalışmalardan ibarət olub. Məşdə yalnız zədəli qapıçı Tomiç iştirak etməyib. 

Xatırladaq ki, “Qəbələ” ilə matçda da Lənkəran təmsilçisinin 3 futbolçu komandaya kömək edə bilməyəcək. Belə ki, sarı vərəqə limitini aşdıqları üçün kapitan Rahid Əmirquliyev və gənc futbolçu Elşən Rzazadə, həmçinin son ev oyununda qırmızı vərəqə alaraq, meydandan qovulan Alfred Sanko bu görüşü buraxmalı olacaqlar.
12cioyuncu.info


Digər xəbərlər

Xəbər xətti