Sportarena.az klubun saytına istinadən xəbər verir ki, bu uğuru sevinclə qarşılayan Tahir Gözəl finaldakı rəqibin “Neftçi” olduğu üçün ikiqat sevindiyini deyib:
"Bu, mənim "Qarabağ"la 3-cü finalım olacaq. 2006 və 2009-cu illərdə Azərbaycan kubokunu qazanma sevincini yaşamışıq. Altı il sonra yenidən finalda oynamaq olduqca xoş duyğudur. Üstəlik, rəqibimizin "Neftçi" olması da final qarşılaşmasına əlavə rəng qatacaq. Finalda "Neftçi"ylə qarşılaşmaq mənə iki qat sevinc bəxş edir. "Neftçi" Azərbaycan futbolunda xüsusi yeri olan klubdur. Hər zaman "Neftçi"ylə oyunlar mənim üçün xüsusi olub. Bunu daim açıqlamalarımda bildirmişəm. Daha öncə də qeyd etdiyim kimi, "Qarabağ" - "Neftçi" oyunu aslanlar qarşılaşması kimidir".
Klub rəsmisi kubokun final matçının keçiriləcəyi məkanla bağlı da fikirlərini bildirib: