"Neftçi"nin yetirməsindən FİFA-ya şikayət: "..klubun düşərgəsini icazəsiz tərk edib"

11:47 22 Aprel 2015

Problemlərdən yaxa qutara bilməyən "Elazığspor"un prezidenti Səlçuq Öztürk jurnalistlərin suallarını cavablandırıb.

 

SportArena.az xəbər verir ki, Cavid İmamverdiyevin də çıxış etdiyi klubun rəhbri futbolçumuz haqqında danışarkən bunları deyib:

 

"Bildiyiniz kimi, biz İmamverdiyevi çempionatın əvvəlində icarəyə götürmüşdük. Onun bütün maaşını verməyimizə baxmayaraq, o, klubun düşərgəsini icazəsiz tərk edib.. Biz bu barədə artıq FİFA-ya məlumat vermişik".

Qeyd edək ki, bir müddət öncə Cavidi əsas komandadan kənarlaşdıran "Elazığspor"un baş məşqçisi Ümit Özat bir neçə gün öncə istefa verib.


Digər xəbərlər

Xəbər xətti