"Xəzər Lənkəran"ın baş məşqçisi: "Müəyyən qədər vaxt veririk ki.."

12:00 22 Aprel 2015

Xəbər verdiyimiz kimi, "Xəzər Lənkəran" Ukraynalı futbolçu Andrey Saxneviçi bir-neçə gündür ki, baxışa çağırıb. Andrey Saxneviç komanda ilə birlikdə məşq etsə də, onun haqqında hələ də son qərar verilməyib.

 

SportArena.az olaraq, cənub klubunun baş məşqçisi Elbrus Məmmədovla əlaqə saxlayıb, bu futbolçu haqqında fikirlərini öyrəndik:

 

"Andrey Saxneviç özünü yaxşı tərəfdən göstərə bilir. Biz hələ ki, onu komandada saxlamışıq. Komanda ilə birlikdə çalışır. Müəyyən qədər vaxt veririk ki, adaptasiya dövrünü keçsin və bacarığını ortaya qoysun."

Cavid ƏHMƏDOĞLU


Digər xəbərlər

Xəbər xətti