Növbəti mövsümdən iddialı komanda formalaşdırmağı qarşısına məqsəd qoyan "Xəzər Lənkəran" artıq hərəkətə keçib. Belə ki, dünən Yunis Hüseynovu Təbriz klubunda çıxış edən futbolçu ilə danışığa göndərən cənubluların rəhbərliyi ölkə daxilində də çalışmalarını davam etdirir.
SportArena.az saytına "Xəzər Lənkəran"a yaxın mənbədən verilən xəbərə görə, keçən mövsüm keçidi son anda anılmayan "Simurq"lu Rəşad Eyyubov Lənkərana köçməyə çox yaxındır. Çempionatda parlaq çıxışı ilə yadda qalan Rəşadın "Xəzər Lənkəran" keçməsi böyük ölçüdə həll olunub.
Qeyd edək ki, 3 aydır maaş almayan "Simurq" klubunda vəziyyət çox acınacaqlıdır.
Cavid ƏHMƏDOĞLU