Yunanıstanda QALMAQAL: Türk hakim ölümlə hədələndi

16:50 22 Aprel 2015

Basketbol üzrə Avroliqada "Panatinaikos" və ÇSKA-nın kişilərdən ibarət komandaları arasındakı görüşdən sonra qalmaqal baş verib. SportArena.az xəbər verir ki, Yunanıstan klubunun rəsmisi Dimitris Giannakopulos oyundan sonra hakimlər otağına hücum edib.

 

Mafiya lideri olduğu iddia edilən Giannakopulosun otaqda hakimləri təhqir etdiyi və onları ölümlə hədələdiyi bildirilib. Hadisədən sonra hakimlər polis nəzarəti altında hotelə aparılıb. Hakimlərdən biri türkiyəli Recep Ankaralı, o biri xorvatiyalı Sreten Radoviç, digəri isə sloveniyalı Dair Yavor olub.

Qeyd edək ki, bir müddət öncə Avroliqanın Nizam İntizam Komitəsi Dimitris Giannakopulosu "Panatinaikos"un prezidenti postundan uzaqlaşdırıb. Amma o, ailəsi ilə birgə kluba rəhbərlik etməkdə davam edir. D.Giannakopulosun Yunanıstanda mafiya lideri olduğu iddia edilir.


Digər xəbərlər

Xəbər xətti