SİYAHI Klublarımızın Avroliqadakı potensial rəqibləri

09:08 23 Aprel 2015

Azərbaycanı Avropa Liqasında təmsil edəcək klubların potensial rəqibləri tədricən müəyyənləşməkdədir.

 

SportArena.az хəbər verir ki, təmsilçilərimizin ilk mərhələdə qarşılaşa biləcəyi 101 potensial rəqibdən (3 Azərbaycan klubu ilə birlikdə 104 komanda bu mərhələdə yarışacaq) 29-u müəyyənləşib.

 

Bu mövsüm hər 3 Azərbaycan klubu mübarizəyə I təsnifat mərhələsindən qatılacaq. Bundan əvvəl ölkə kubokunun qalibi mübarizəyə II təsnifat mərhələsindən başlayırdı. UEFA-nın yeni qaydalarına əsasən ölkəmiz reytinq cədvəlində 32-ci olduğundan bu mövsüm Azərbaycan Kubokunun qalibinə güzəşt edilməyəcək.

 

I təsnifat mərhələsi

Dinamo (Belarus)

Şaxtyor K (Qazaxıstan)

Göteborq (İsveç)

AİK (İsveç)

Rusenborq (Norveç)

Odd (Norveç)

Stromsqodset (Norveç)

Kayrat (Qazaxıstan)

Aktobe (Qazaxıstan)

Ordabası (Qazaxıstan)

SJK (Finlandiya)

Lahti (Finlandiya)

VPS (Finlandiya)

Reykyavik (İslandiya)

Hafnarfyordur (İslandiya)

Vikinqur (İslandiya)

Skonto (Latviya)

Yelqava (Latviya)

Kruoya (Litva)

Atlantas (Litva)

Kork Siti (İrlandiya)

Şemrok Rovers (İrlandiya)

Linfild (Şimali İrlandiya)

Qlenavon (Şimali İrlandiya)

Kalev (Estoniya)

Flora (Estoniya)

Vikinqur (Farer adaları)

Havnar Boltfelaq (Farer adaları)

Runavik (Farer adaları)


Digər xəbərlər

Xəbər xətti