"Simurq" - "Qarabağ" matçında qeydə alınan ofsayd bir-neçə gündür ki, ölkə mediasını zəbt edib. Bu epziodda əsas simalardan biri də heç şübhəsiz Samir Zərgərovdur. Belə ki, Zərgərov aşkar ofsaydda olmasına baxmayaraq, topa zərbə endirməyə çalışması, hakimin belə qərar verməsinə səbəb olub.
SportArena.az olaraq, "Simurq"un futbolçusu Samir Zərgərovla əlaqə saxlayıb, bu matç haqqında fikirlərini öyrəndik:
"Qarabağ" ölkəmizin ən güclü klublarındandır. Biz ilk oyunda öz səhvimizdən qol buraxdıq. Amma Zaqatalada bunun əvəzini çıxa bilərdik. Bunun üçün çox çalışsaq da, alınmadı. Baxmayaraq ki, biz daha baxımlı oyun göstərdik.
"Həmin mübahisəli epzioda gəlincə isə, orada mən ofsaydda idim, amma Çeran yox. Məncə, qolu saya da bilərdilər. Çünki, mən topa toxunmamışdım. Bilsəydim ki belə bir vəziyyət yaranar, o zaman heç hücuma da getməzdim."
Cavid ƏHMƏDOĞLU