Keçmiş "Simurq"lu futbolla vidalaşdı: Yeni işi isə hakimlik olacaq

10:03 23 Aprel 2015

U-21-in keçmiş üzvü Səbuhi Həsənov futbolçu karyerasını başa vurub.

 

SportArena.az xəbər verir ki, "Bakı", "Rəvan", AZAL, "Simurq" və "Zarya"da çıxış etmiş futbolçumuz 28 yaşında karyerasını bitirməyi qərara alıb. Son klubu "Neftçala"olan Səbuhinin yeni iş yeri də bəllidi. Belə ki, Həsənov bundan sonra hakimlik edəcək.

Qeyd edək ki, Səbuhinin qardaşı Coşqun Həsənov da futbol hakimidir.

Cavid ƏHMƏDOĞLU


Digər xəbərlər

Xəbər xətti