Xəbər verdiyimiz kimi, Azərbaycan kubokunun finalında qarşılaşacaq komandalar Qəbələdə üz-üzə gələcək. Belə ki, "Qarabağ" və "Neftçi" arasında oynanılacaq finalın start fiti "Qəbələ" klubuna aid stadionda çalınacaq.
SportArena.az olaraq, bu matçı keçirilməsinə "Qəbələ"nin necə hazır olduğunu öyrənmək üçün, klubunun baş meneceri Zaur Əzizovla əlaqə saxladıq:
“İlk olaraq onu bildirim ki, bu vaxta qədər Qəbələdə Avrokubok matçı da baş tutub. Eyni zamanda aşağı yaş qrupları üzrə Beynəlxalq turnirlərə də evsahibliyi etmişik. Stadion, infrastruktur imkanlarımız belə yarışları qəbul etməyə imkan verir. Biz də kubok matçını reginda keçirilməsini dəstəkləyirik. Çünki, bu addım futbolumuzun inkişafını daha da sürətləndirər. "Qəbələ" klubu bu finalı yüksək səviyyədə keçirməyə tam hazırdır. Kubokun final oyunu üçün “Qəbələ” rəhbərliyi öz üzərinə düşən hər şeyi yüksək səviyyədə görəcək.“
Cavid ƏHMƏDOĞLU