Atletiko"nun çalışdırıcısı Dieqo Simeone Çempionlar Liqasının 1/4 finalında "Real"a 0:1 hesabı ilə nəğlub olduqları oyunu şərh belə şərh edib:
"Serxio Ramosun yarımmüdafiədə çıxış edəcəyinə əmin idim. Oyunun ilk 10 dəqiqəsində bir qədər çətinlik çəkdik. Ancaq sonradan oyunumuzu düzəldə bildik. Qalib gəlmək üçün əlimizdən gələni etdik. Futbolçularımdan narazı deyiləm. Komandamla fəxr edirəm".