Yığma komandanın qolkiperindən daha bir rekord

14:49 23 Aprel 2015

"Real”ın qapıçısı İker Kasilyas Çempionlar Liqasında növbəti rekorda imza atıb.

 

SportArena.az xəbər verir ki, ÇL-də 148-ci matçını keçirməklə "Barselona”lı Xavinin nəticəsini təkrarlayan Kasilyas "quru” oyunların sayında mütləq rekord müəllifi olub. Belə ki, "Atletiko” ilə cavab 1/4 final matçında qapısını toxunulmaz saxlayan İker turnirdə 52-ci dəfə oyunu qol buraxmadan bitirib. Bununla Kasilyas "Mançester Yunayted”in sabiq qolkiperi Edvin van der Sarın nəticəsini (51 "quru” oyun) üstələyib. Qeyd edək ki, hazırda karyerasını davam etdirən qapıçılar arasında "Real”lının ən yaxın rəqibləri Petr Çex (46), Viktor Valdes (45) və Canluici Buffondur.


Digər xəbərlər

Xəbər xətti