Qitənin ali futbol qurumu olan UEFA "Bavariya”nın baş məşqçisi Xosep Qvardiolaya qarşı iş açıb.
SportArena.az xəbər verir ki, buna səbəb Pepin "Portu” ilə 1/4 finalın cavab qarşılaşmasından öncəki mətbuat konfransında mərhum jurnalist Xorxe Lopesin ölümünün araşdırılması kampaniyasına dəstək verməsidir. Belə ki, Qvardiola konfransa üzərində #JusticiaParaTopo yazısı olan futbolka ilə gəlib. Bu yerdə Lopesin ötən il Dünya Çempionatını işirlandırmaq üçün getdiyi Braziliyada yol qəzası nəticəsində dünyasını dəyişdiyini də xatırladaq.