"Mançester Yunayted"in hücumçusu Robin van Persi Türkiyədən təklif alıb.
SportArena.az xəbər verir ki, hollandiyalı futbolçu "Qalatasaray" və "Fənərbaxça"nın maraq dairəsinə düşüb. Hər iki komanda van Persiyə 3 illik müqavilə təklif edib. Təcrübəli futbolçu Türkiyədə oynayacağı təqdirdə həftəsinə 220 min funt-sterlinq qazanacaq. Lakin 31 yaşlı futbolçu "Qalatasaray" və "Fənərbaxça"nın təklifini rədd edib.
Qeyd edək ki, cari mövsüm ondan gözlənilən oyunu sərgiləyə bilməyən van Persinin "Mançester Yunayted"dən ayrılacağı iddia olunur.