"Mançester Yunayted"də icarə əsasında çıxış edən Radamel Falkao karyerasını Türkiyədə davam etdirə bilər.
SportArena.az xəbər verir ki, "Fənərbağça" kolumbiyalı futbolçu ilə yaxından maraqlanır. Mövsümün sonunda Emenikeni satmağı planlaşdıran "sarı-lacivərdlilər" onun boşluğunu Falkao ilə doldurmaq istəyirlər. "Radio Carcaol"a açıqlama verən Radamel İstanbul klubundan təklif aldığını etiraf edib.
"Fənərbağça" ilə yanaşı, "Liverpul" da hücumçunu heyətinə qatmaq istəyir.