"Algemeen Dagblad" qəzeti: Yuventus Spartakın yarımmüdafiəçisi ilə danışıqlar aparır

22:50 23 Aprel 2015

Spartakın futbolçusu Kuinsi Promes karyerasını Yuventusda davam etdirə bilər.

 

Yaxın günlərdə 23 yaşlı futbolçunun agenti Turinə yollanaraq Yuventusla danışıqlar aparacaq. Bu barədə Algemeen Dagblad qəzetinə EMG Mundialın nümayəndəsi Ersin Akan məlumat verib. Xatırladaq ki, Hollandiya yığmasının yarımmüdafiəçisi ötən yay 11,5 milyon avroya Tventedən transfer edilib. Bu mövsüm Rusiya çempionatında o , 22 oyunda 9 qol vurub və 4 məhsuldar ötürmə edib.


Digər xəbərlər

Xəbər xətti