Azərbaycanlı futbolçuya sərt ismarıc: "Çemodanını toplayıb şəhəri tərk edə bilərlər”

11:07 24 Aprel 2015

Növbəti azərbaycanlı futbolçunun mövsüm bitməmiş Türkiyə karyerası başa çata bilər. SportArena.az xəbər verir ki, “Dənizlispor”un müdafiəçisi Rail Məlikovun taleyi “Karşıyaka” ilə bu gün keçiriləcək oyundan asılıdı.


 
Dənizli klubunun prezidenti Hasan Kıbrıslıoğlu bütün futbolçulara son xəbərdarlığını edib. O, “Karşıyaka”ya məğlub olacaqları təqdirdə hamının qovulacağını deyib: “Maliyyə probleminə baxmayaraq, futbolçuların qayğısına qaldıq. Heç olmasa “Karşıyaka” ilə görüşdə və bundan sonrakı matçlarda yaxşı çıxış etsinlər. Artıq bəhanəmiz qalmayıb. “Karşıyaka”ya uduzsaq, futbolçuların hamısı çemodanını toplayıb şəhəri tərk edə bilərlər”.
 
Qeyd edək ki, “Dənizlispor” PTT I liqasında 28 turdan sonra 21 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb və aşağı liqaya yuvarlanmağa ən real namizədlərdən biridi.


Digər xəbərlər

Xəbər xətti