Sabah Topaz Premyer Liqasında XXXI turun oyunları keçiriləcək.
Sportarenar.az xəbər verir ki, günün maraqlı qarşılaşmalarından biri də "İnter Arena"da baş tutacaq. AZAL səfərdə "İnter"in qonağı olacaq. Lakin oyunöncəsi "təyyarəçilər"in düşərgəsində son durum ürəkaçan deyil. Belə ki, zədə və cəza səbəbindən 5 futbolçu "İnter"ləoyunu buraxmalı olacaq. Belə ki, yaxın günlərdə Türkiyəyə yolanaraq qardaş ölkədə əməliyyat olunacaq Viktor İbekoye ilə yanaşı Valeriy Kutsenko, Aleksandr Şemonayev və Fərid Hacıyev zədə səbəbindən sözügedən oyunu buraxmalı olacaqlar. Komandanın digər itkisi isə Xuan Fransisko ilə bağlıdır. Fransisko sarı vərəqə limitini doldurduğu üçün "İnter" oyunda komandasına kömək edə bilməyəcək. Qeyd edək ki, "İnter” - AZAL matçı sabah saat 18:00-da baş tutacaq.