Bu gün UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında Avropa Liqasının yarımfinal və final mərhələlərinin püşkü atılıb. SportArena.az xəbər verir ki, qitənin ikinci dərəcəli klub turnirində mövsümün son püşkü əvvəl finalçıları müəyyənləşdirəcək 2 cütlüyün tərkibinə aydınlıq gətirib.
Püşkün nəticələrinə əsasən, İtaliya klublarını fərqli cütlərə düşüb. “Napoli” Ukrayna “Dnepr”i, “Fiorentina” isə İspaniya “Sevilya”sına rəqib olub. Ardınca isə finalın nominal meydan sahibini müəyyənləşdirib.
“Napoli” - “Dnepr” görüşünün qalibi finalın nominal meydan sahibi olacaq.
Qeyd edək ki, yarımfinal mərhələsinin oyunları mayın 7-də və 14-də keçiriləcək. Final qarşılaşması isə mayın 27-də Polşanın paytaxtı Varşavanın Milli stadionunda keçiriləcək.
Yarımfinal (7 may/14 may)
1. “Napoli” (İtaliya) - “Dnepr” (Ukrayna)
2. “Sevilya” (İspaniya) - “Fiorentina” (İtaliya)
Final (27 may)
1-ci cütün qalibi - 2-ci cütün qalib