Dünya çempionu Azərbaycanda niyə üzr istədi?

16:08 24 Aprel 2015

Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2015" turnirində iştirak edən sabiq dünya çempionu Vladimir Kramnik hakimlərə yaxınlaşaraq üzrxahlıq edib.
 
 
Rusiyalı şahmatçı V turda azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarova məğlubiyyətdən sonra mətbuat konfransına gəlmədiyinə görə təəssüfləndiyini bildirib. Kramnik həmin gün 7 saata yaxın mübarizə apardığına görə yorulduğunu söyləyib.
 
Vladimir Kramnik "Synergy Group"un təşkil etdiyi turnirin son turlarında mətbuat konfransında iştirak edəcəyini deyib.


Digər xəbərlər

Xəbər xətti