“Bavariya”nın çalışdırıcısı Xosep Qvardiola Çempionlar Liqasının yarımfinal mərhələsinin püşkünün nəticəsinə münasibət bildirib.
SportArena.az xəbər verir ki, keçmiş "Barsa"lı sabiq klubu ilə qarşıdurmanı belə fikir bildirib: “Hər iki qarşılaşma çox gərgin keçəcək. Bu “Barselona”dır, bu mənim evimdir. Qarşıdakı oyunlar bir çoxumuz üçün xüsusi olacaq. Məsələn, Tiaqo üçün. Portuda etdiyimiz səhvləri Barselonada təkrarlaya bilmərik”.