Bu gün Milli qəhrəman Yuri Kovalyovun adını daşıyan 229 saylı orta məktəbdə görüş olub.
SportArena.az xəbər verir ki, “Qarabağ” klubu ilə oyun ərəfəsində baş tutmuş tədbirdə Milli qəhrəman Yuri Kovalyovun qardaşı – əvəzedici komandamızın qapıçılarla işləyən məşqçisi Vitali Kovalyov, “Neftçi” PFK-nın icraçı direktoru Elnur Məmmədov, futbolçular Aqil Məmmədov, Kaue da Silva, eləcə də klubun digər rəsmi şəxsləri iştirak ediblər. Görüşdə məktəblilərə azarkeş formaları və şərflər hədiyyə olunub.