Gəncədə qalmaqal: Azarkeşlər meydançaya axışdı, hakim qaçdı

21:39 24 Aprel 2015

I Divizionun 25-ci turunda az öncə başa çatan "Kəpəz" - "Ağsu" (2:3) matçında qalmaqal yaşanıb.
 

SportArena.az xəbər verir ki, oyunun son dəqiqəsində, hesab 2:2 olarkən "Kəpəz"in qapısına penalti təyin olunub."Ağsu"nun heyətində Fərrux Rəhimov hesabı dəyişərək komandasına 3:2 hesabı ilə qələbə qazandırıb.

 
Gəncəli futbolçular penaltinin düzgün qərar vermədiyini zənn edərək hakimə fiziki təzyiq göstəriblər və bunun nəticəsində "Kəpəz"in 4 müdafiəçisi qırmızı vərəqə ilə cəzalanıb. Hakimin bu qərarı nəticəsində gəncəli azarkeş və ehtiyyat skamyasında əyləşən futbolçular meydana axışıb və hakimə fiziki təzyiq göstərib. Stadionda isə cəmi 4 nəfər polis əməkdaşı olub. Vəziyyətin çətinləşdiyini görən baş hakim Etibar Həsənov final fitini çalaraq paltardəyişmə otağına qaça bilib. sportal.az


Digər xəbərlər

Xəbər xətti