“Kunlun Fight Series” turniri: Erməni idmançı azərbaycanlı rəqibi ilə döyüşməkdən imtina etdi

21:48 24 Aprel 2015

Gələn ayın 2-də İtaliyanın Verona şəhərində kikboksinq üzrə reytinq xarakterli “Kunlun Fight Series” turnirinin döyüşləri baş tutacaq.

 

SportArena.az xəbər verir ki, turnirdə  “Qəbələ” İdman Klubunun idmançısı, təcrübəli azərbaycanlı kikboksçu Pərviz Abdullayev ölkəmizi təmsil edəcək. İdmançımız 73 kiloqram çəki dərəcəsində rumıniyalı Alexandru Popesku üz-üzə gələcək.

Xatırladaq ki, bu turnirdə Kobra erməni idmançı ilə qarşılaşmalıydı. Lakin rəqib idmançı turnirdə iştirak etməkdən qorxaraq, döyüşdən imtina edib.

Qeyd edək ki, kikboks üzrə beş qat dünya çempionu, “Kobra” ləqəbli azərbaycanlı döyüşçü Pərviz Abdullayev keçirdiyi 40 doyüşdən 37-də qalib gəlib və 12 dəfə rəqibini nokautla məğlub edib.


Digər xəbərlər

Xəbər xətti