Bu mövsüm parlaq çıxışı ilə yadda qalan "Bayer"in və Türkiyə yığmasının futbolçusu Hakan Çalhanoğlu yeni reklam müqaviləsi imzalayıb.
SportArena.az xəbər verir ki, 21 yaşlı futbolçu "Adidas"la bağladığı müqaviləyə əsasən, bundan sonra bu şirkətin idman mallarından istifadə edəcək.
Artıq adıçəkilən şirkət Hakana özünün yeni istehsalı olan "Adizero 99G" butslarını təqdim edib. "Adizero 99G" dünyanın ən yüngül butsu hesab olunur. Belə ki, bu butsun çəkisi adından da göründüyü kimi, cəmi 99 qramdı. Hakan bu butsları məşqlərdə sınaqdan keçirib.