"Xəzər Lənkəran"dan kənarlaşdırılan İlqar Ələkbərovla iki klub birdən maraqlanır.
SportArena.az rekord-a istinadən xəbər verir ki, bunlar "Sumqayıt" və AZAL-dı.
"Sumqayıt" əslində İlqarı hələ qış fasiləsində heyətinə qatmaq istəyirdi. Lakin həmin vaxt gəncləşdirmə siyasətinə keçən Cənub klubu İlqarı buraxmamışdı. İndi isə "Sumqayıt" yendən hərəkətə keçib. Lakin AZAL-ın Ələkbərova elçi düşməsi Sumqayıt klubunun işini çətinləşdirə bilər. Son seçimi isə futbolçu özü etməlidir.