İŞİD terror qruplaşması qan donduran edamları ilə yanaşı, onlara itaət edənlərə xüsusi qayda və qanunlar tətbiq etməsi ilə də dünya gündəmindən düşmür.
SportArena.az xəbər verir ki, İŞİD terror qruplaşması futbol komandalarına aid formaları geyinməyi haram olaraq qəbul etdiyini açıqlayıb. Terror təşkilatı Suriya və İraqda onlara qarşı qurulan koalisiyaya yardım etməsi səbəbilə “Nike” firmasının sponsor olduğu dörd komandanın formasını qadağan elan edib. Bu komandalar “Mançester Yunayted”, “Barselona”, “Real” və “Milan” klublarıdı.