“Futbolçuları oyuna kökləmək çətin idi. Komanda avrokuboklara getmək şansını kubokda məğlub olmaqla itirmişdi. Bu baxımdan bizim üçün çətin idi".
SportArena.az xəbər verir ki, bu sözləri "Simurq"un baş məşqçisi George Çixradze Azərbaycan Premyer Liqasının 31-ci turunda "Sumqayıt"a 0:1 hesabı ilə uduzduqları matçdan sonra deyib.
Gürcü mütəxəssis oyuna pis başlamadıqlarını bildirib: "Ancaq ikinci hissədə müdafiədə səhv etdik. Bundan sonra şanslarımız olsa da, hesabı bərabərləşdirə bilmədik”.