"Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov Azərbaycan Premyer Liqasının 31-ci turunda "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəldikləri matçı şərh edib.
SportArena.az xəbər verir ki, o, “Simurq”a qarşı oyunlarının həmişə ağır keçdiyini söyləyib:
"Matça yaxşı hazırlaşmışdıq. Bütün kollektiv qələbəyə köklənmişdi. Uzun fasilədən sonra qələbə qazandığımız üçün şadam. Azarkeşləri, oyunçuları təbrik edirəm. Düşünürəm ki, bu qələbə bizə qara zolaqdan çıxmaq üçün əlavə üstünlük verəcək”.