Qriqorçuk: "Oyun barədə isə şərh vermək istəmirəm"

20:03 25 Aprel 2015

Son vaxtların uğurlu komandası “Qəbələ” Topaz Premyer Liqasının XXXI turunda “Xəzər Lənkəran”ı səfərdə məğlub etməyi bacardı.
 


Roman Qriqorçuk (“Qəbələ”nin baş məşqçisi): “Şadam ki, növbəti 3 xalımızı qazandıq. Oyun barədə isə şərh vermək istəmirəm. Çünki mən komandamın oyunundan narazıyam. Mənim üçün qələbə seriyasının fərqi yoxdur. Lənkərandakı oyun dərs oldu. Bu oyun eyni səviyyədə qalıb-qalmamağımızı yoxlamaq üçün bir dərs kimidir. Bəlkə də bəzi futbolçular düşünüb ki, bu rəqibi biz rahatlıqla məğlub edəcəyik. Oyunçularım matça tam hazır deyildilər. Əslində, mən bilirdim ki, nə vaxtsa bu durumla üz-üzə qalacağam. Amma bunun “Xəzər Lənkəran”la oyuna təsadüf edəcəyini düşünmürdüm”. 


Digər xəbərlər

Xəbər xətti