Son vaxtların uğurlu komandası “Qəbələ” Topaz Premyer Liqasının XXXI turunda “Xəzər Lənkəran”ı səfərdə məğlub etməyi bacardı.
Elbrus Məmmədov (“Xəzər Lənkəran”ın baş məşqçisi): “Qəbələ” komandasını qələbə münasibəti ilə təbrik edirəm. Roman Qriqorçuk yaxşı kollektiv yaradıb. Oyunda narazı qaldığım müəyyən məqamlar var. Bəzi epizodlarda hakim bizə qarşı düzgün qərarlar qəbul etmədi. Bəlkə də bunu dediyimə görə məni cəzalandıracaqlar, bəlkə də mənim düzgün olduğumu görüb, hakimi cəzalandıracaqlar. Amma bununla heç kim irəli getməyəcək. Bütün bunlar gənclərə mənfi təsir edir. Elvin Mirzəyevə göstərilən ilk sarı vərəqəyə mütəxəssislər baxıb, qiymət versinlər”.