Dünən baş tutam “Xəzər Lənkəran” – “Qəbələ” matçından sonra cənub klubu hakimlikdən narazılıq etdi. SportArena.az-a danışan klubun baş məşqçisi Elbrus Məmmədov, mətbuat katibi Hüseyn Cəbrayıloğlu və komandanın hücumçusu Kazım Kazımlı fikirini belə izah edib:
Elbrus Məmmədov: “Bəzi epizodlarda hakim bizə qarşı düzgün qərarlar qəbul etmədi. Bəlkə də bunu dediyimə görə məni cəzalandıracaqlar, bəlkə də mənim düzgün olduğumu görüb, hakimi cəzalandıracaqlar. Amma bununla heç kim irəli getməyəcək. Bütün bunlar gənclərə mənfi təsir edir. Elvin Mirzəyevə göstərilən ilk sarı vərəqəyə mütəxəssislər baxıb, qiymət versinlər”.
Hüseyn Cəbrayıloğlu: “Hakim bəzi epizodlarda bizə qarşı səhv qərarlar verdi. Bu da komandamızın heyətində olan gənc futbolçulara mənfi təsir edir. Belə idarəçiliklə oyunun nəticəsi artiq ilk hissədən məlum idi. Çünki, matçın ilk dəqiqələrindən hər epizoda görə sarı vərəqə göstərmək futbolçulara pis təsir etmişdi”.
Kazım Kazımlı: “Hakimlik haqqında nə deyə bilərəm? Məncə, bizə qarşı olan qərarlar çox oldu. Eyni zamanda da bir epizodda 11-lik cərimə zərbəsi verməli idi. Amma hakim fərqli qərar verdi. Bu futboldurdur və belə vəziyyətlər futbolda çox olur”.
Cavid ƏHMƏDOĞLU