Braziliyalı futbolçu Dani Alveş türklərdən üzr istəyib.
SportArena.az xəbər verir ki, qondarma erməni soyqırımı ilə bağlı təbliğata qoşulan "Barsa"lı futbolçu etdiyi hərəkəti geri götürüb. "Sambaçı" "tvitter"də türklərdən üzr istəyib:
"Bütün türkiyəli azarkeşlərdən üzr istəyirəm. Fotonun onları bu qədər üzəcəyini düşünməmişdim. Mənim çoxlu türk dostlarım var. Mən sülh içində olan bir dünya istəyirəm, insanlara qətiyyən zərər vermərəm".