"Şahdağ" klubu Qusarın müalicəyə ehtiyyacı olan sakini üçün təşkil etdiyi xeyriyyə aksiyası baş tutub.
SportArena.az xəbər verir ki, birinci divizionun "Zirə"ylə oyununda keçirilən aksiyadan sonra klub rəhbərliyi bəyanat yayıb. Bəyanatı olduğu kimi təqdim edirik.
"Bu gün, 25 aprel “Şahdağ” futbol klubunun təşəbbüsü ilə keçirdiyi “1 manat” adlı aksiya baş tutub.
Qeyd edək ki, “1 manat” aksiya Qusarın balaca sakininə həsr olunmuşdur. Asim Orxan oğlu Şahbalayev ağır xəstəliyindən əziyyət çəkir və təcilli əməliyyat olunmalıdır. Həkimlər Asimə ağır diaqnozlar qoyublar: Sağ tərəfli urelerohidronefroz, sol böyrəyin multikistozu, hər iki böyrəyin funksiyasının kəskin azalması XBÇ. Balacanın ümumi vəziyyəti ağırdır. Əməliyyatın xərclərini ödəmək üçün Asimin atası 10 000 ABŞ dollar yığmalıdır.
Klubun həm rəhbərliyi, həm futbolçuları Asimə diqqəti cəlb etməsi, habelə yardım əlini uzatmaq məqsədi ilə "Şahdağ" - "Zirə" oyununda Qusar şəhər stadionun girişində qutu quraşdırıb. Qusar sakinləri oyundan qabaq və oyun zamanı “1 manat” aksiyada fəal iştrakı müşahidə edilmişdir.
Oyun başa çatandan sonra, bir sıra azarkeşlərin, futbolçuların, jurnalistlərin və Asimin atasının iştirakı ilə qutu açılıb və yığılan vəsait sayılıb, aktlaşdırıb.
Yığılan vəsait 2150.20 manat və 100 rus rublu təşkil etmişdir. Bütün vəsait Asimin atası Orxan bəyə təhvil verilib.
Əlavə kömək göstərmək istəyən şəxslər üçün, Asimin atası Orxan bəyin əlaqə telefon nömrələri: +994 70 8987217; +994 55 8871268.
“Şahdağ” futbol klubunun prezidenti Ərəstun Niftiyev ilk öncə Qusar rayon İH başçısı cənab Şair Alxasova və PFL prezidenti cənab Ramin Musayevə dəstəklərinə görə dərin təşşəkürlərini bildirir.
Klubun nailiyyətlərə doğru irəliləməsində yeganə stimulu olan "Şahdağ"ın sevimli azarkeşlərinə minnətdalığımızı bildiririk.
Asimə isə tezliklə sağalmasını və gələcəkdə “Şahdağ”ın daimi azarkeşi olmasını arzu edirik".