Dünən “Şahdağ” futbol klubunun təşəbbüsü ilə keçirdiyi “1 manat” adlı aksiya baş tutub.
SportArena.az xəbər verir ki, “1 manat” aksiya Qusarın balaca sakininə həsr olunmuşdur. Asim Orxan oğlu Şahbalayev ağır xəstəliyindən əziyyət çəkir və təcilli əməliyyat olunmalıdır. Həkimlər Asimə ağır diaqnozlar qoyublar: Sağ tərəfli urelerohidronefroz, sol böyrəyin multikistozu, hər iki böyrəyin funksiyasının kəskin azalması XBÇ. Balacanın ümumi vəziyyəti ağırdır. Əməliyyatın xərclərini ödəmək üçün Asimin atası 10 000 ABŞ dollar yığmalıdır.
Cavid ƏHMƏDOĞLU