Yalnız SportArena.Az-da! "Xəzər Lənkəran" rəsmisi İrandan əliboş geri döndü

16:23 26 Aprel 2015

Xəbər verdiyimiz kimi, "Xəzər Lənkəran" rəsmisi Yunis Hüseynov İranın "Traktor Sazi" klubunun bir futbolçusunun oyununu izləmək üçün İrana yollanmışdı. Bu barədə komandanın baş məşqçisi Elbrus Məmmədov da öz açıqlamasında bildirmişdi. Amma iranlı futbolçunun cənub klubuna keçidi deyəsən baş tutmayacaq.

 

SportArena.az xəbər verir ki, Yunis Hüseynov "Traktor Sazi"nin oyunu başa çatan kimi bir-başa Lənkərana qayıdıb. Kluba yaxın mənbədən saytımıza verilən xəbərə görə, futbolçu Hüseynovu qane etmədiyinə görə Yunis bəy bu varinatın üzərindən xət çəkib. Bu məsələ ilə bağlı digər diqqətçəkən bir amil də onsan ibarətdir ki, dünən "Xəzər Lənkəran" - "Qəbələ" matçından sonra jurnalistlər Yunis Hüseynova İran səfəri barədə sual versələr də, Hüseynov heç bir fikir bildirməyərək belə deyib: "Nə İran? Mən İrana-zada getməmişəm" deməsi məsələnin nə yerdə olduğunu bir daha sübut edir.

Qeyd edək ki, gələn ayın əvvəllərində Elvar Quliyevlə Yunis Hüseynov Afrika ölkələrinə istedad axtarışına çıxacaqlar.

Cavid ƏHMƏDOĞLU


Digər xəbərlər

Xəbər xətti