FOTO + VİDEO Belqradda qan su yerinə axdı

22:14 26 Aprel 2015

Dünyanın ən böyük derbilərindən sayılan "Srvena Zvezda" - "Partizan" görüşündən əvvəl Belqradda əsl müharibə yaşanıb.

 

SportArena.az xəbər verir ki, "Srvena Zvezda" - "Partizan" görüşü fanatların qarşıdurması nəticəsində 45 dəqiqə gec başlayıb. Hadisəyə polis müdaxilə etməli olub. Olaylar "Srvena Zvezda" azarkeşlərinin oturacaqları qıraraq rəqib fanatlara tərəf atmasından sonra başlayıb. Onlar fişənglərdən də istifadə ediblər. Fanatları sakitləşdirmək istəyən polislər də hücuma məruz qalıb. İlkin məlumata görə, ən azı 35 polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bir polis əməkdaşı üzündən yanıq yarası, biri isə əlindən bıçaq zərbəsi alıb. Təhlükəsizlik qüvvələri 20 fanatı həbs edib.


Digər xəbərlər

Xəbər xətti