Son günlər İlkay Gündoğanın "Mançester Yunayted"ətransfer olunacağı ilə bağlı yayılan xəbərlərə "Borussiya" klubundan münasibət gəlib.
SportArena.az xəbər verir ki,, Dortmund klubunun idman direktoru Mixael Zork bu xəbərləri təkzib edərək, belə deyib:
"Bu mövsüm heç bir futbolçuya görə bizə təklif gəlməyib. "Mançester Yunayted" nümayəndələri ilə sonuncu dəfə 2014-ci ilin noyabrında görüşmüşəm. Həmin vaxt da başqa məsələ barədə müzakirələrimiz olmuşdu".