Eden Azar: "Dünyanın ən yaxşısı ola bilərəm"

23:56 26 Aprel 2015

"Çelsi"nin yarımmüdafiəçisi Eden Azar hələ uzun müddət "Çelsi"də oynamaq istədiyini bildirib.
 
 
SportArena.az xəbər verir ki, Belçikalı futbolçu bununla yanaşı, bir gün dünyanın ən yaxşı futbolçusu ola biləcəyinə inandığını da sözlərinə əlavə edib:


"Niyə karyeramı burada bitirməyim? Mən "Çelsi"də xoşbəxtəm. Ən yaxşı futbolçularla birgə oynayıram. Onlarla titul qazanmaq mümkündü. Əlbəttə, Çempionlar Liqasında qalib olmaq asan deyil, çünki orada ən yaxşı klublar mübarizə aparır. Ancaq ümid edirəm ki, Çempionlar Liqasını qazanacam.

Dünyanın ən yaxşısı olmaq? Əlbəttə, ola bilərəm. Lionel Messi və Kriştiano Ronaldo - onlar başqa planetdən gəliblər. Ancaq mən hesab edirəm ki, bu, mümkündü. Həmişə ən yaxşı olmağa çalışıram. Hələ cavanam, səviyyəmi artırmaq üçün vaxtım var".


Digər xəbərlər

Xəbər xətti