Xəbər verdiyimiz kimi, Fransanın "Evian" klubunun hücumçusu Nikki Billi Nilesnin polisi dişlədiyinə görə məhkımə qarşısına çıxmalı idi.
SportArena.az xəbər verir ki, artıq Fransa məhkəməsi Nikkinin işinə baxıb və hökm çıxarıb. Belə ki, Nikki Billi 60 günlük şərti, 80 saatlıq isə icbari iş cəzasına məhkum edilib.
Əlavə edək ki, Nikki aprel ayının əvvəllərində avtomobil parkındakı qurğuya zərbə vurduğu üçün polis məntəqəsinə aparılarkən polis avtomobilində qadin asayişkeşikçisini dişləmişdi.
Cavid ƏHMƏDOĞLU