YALNIZ SportArena.Az-da! "Simurq" dağılmayaca, amma...

11:08 27 Aprel 2015

Cahangir Hacıyevin Beynəlxalq Bankdan uzaqlaşandan sonra pis vəziyyətə düşən "Simurq" haqqında maraqlı xəbər əldə etmişik. Belə ki, 4 aydır maaş ala bilməyən komandanın dağılacağı deyilsə də, bu baş verməyəcək.

 

SportArena.az-ın əldə etdiyi xəbərə görə, komanda növbəti mövsümdən gənclərdən ibarət futbolçularla mübarizə aparacaq. Belə ki, son mövsüm "Bakı" və "Xəzər Lənkəran"ın yararlandığı gəncləşdirmə siyasətindən növbəti mövsümdən "Simuq" da yararlanacaq. Hazırkı heyətdə yer alan nisbətən yüksək qiymətli futbolçular isə sərbəst buraxılacaq.

Qeyd edək ki, komandanın 2 futbolçusu artıq özünə klub tapıb. Bu barədə qarşıdakı xəbərlərdə sizin diqqətinizə çatdıracağıq.

Cavid ƏHMƏDOĞLU


Digər xəbərlər

Xəbər xətti