AÇIQLAMA "Neftçi"dən Robert Prosineçkiyə cavab gəldi

15:34 27 Aprel 2015

Millimizin baş məşqçisi Robert Prosineçki Malta ilə oyunöncəsi "Neftçi"də milliyə layiq futbolçu yoxdur" deməsi hər kəsin marağına səbəb olub. Bu açıqlamaya "Neftçi"nin baş məşqçisi Arif Əsədovun münasibətinin necə olacağı isə hər kəsi çox maraqlandırırdı.

 

SportArena.az olaraq, Əsədovla əlaqə saxlayıb, Robert Prosineçkinin fikrinə münasibətini öyrəndik:

 

"Prosineçki təcrübəli və güclü məşqçidir. Hər birimiz çalışdırıcıların fikrinə hörmtlə yanaşmalıyıq. Qaldı ki, "Neftçi"də milliyə layiq futbolçunun olmamasına, onu deyim ki, bizim  komandadakı yerli futbolçular milliyə düşmək üçün çox çalışırlar. Biz hər matçda bacardığımız qədər çox gənc futbolçulara yer veririk. Bu da gələcəkdə milli komandaya xeyir vermək üçün atılan addımlardandır".

Cavid ƏHMƏDOĞLU


Digər xəbərlər

Xəbər xətti