"Spartak"lı futbolçu rəhbəri haqqında: "Ətrafında yeddi cangüdən üç əl pulemyotu ilə gəzirlər"

15:55 27 Aprel 2015

Moskva "Spartak"ının aparıcı futbolçusu Xose Manuel Xurado klubun rəhbəri Leonid Fedun haqqında ağılasığmaz məlumat verib.

 

SportArena.az xəbər verir ki, Xose klubun sahibi haqqında danışarkən bunları deyib:

 

"Klubumuzun sahibi olan Fedunla il ərzində 3-4 dəfə görüşürük. Həmin görüşlərdə də ən mühüm məsələlər müzakirə edilir. Onu görən hər kəs çox heyrətlənir. Çünki, ətrafında yeddi cangüdən üç əl pulemyotu ilə gəzirlər. Fedun Rusiyada böyük nüfuza malikdir. Onun haqqında pis heç nə eşitməmişəm".

Cavid ƏHMƏDOĞLU


Digər xəbərlər

Xəbər xətti