Belarusyanın əsas liqasında baş tutan BATE - "Qomel" oyununda gülməli olay yaşanıb.
SportArena.az xəbər verir ki, BATE-nin kapitanı Dmitri Lixtaroviç xanım tərəfdaşın zərbəsinə tuş gəlib. Hakimlərlə və rəqibin kapitanı ilə görüşən Lixtaroviç komanda yoldaşlarının yanına tərəf istiqamətlənərkən, BATE-ni dəstəkləyən xanımlardan ibarət qrupun üzvlərindən biri ilə toqquşub.