15 yaşadək futbolçuların çempionatında bu tur "Xəzər Lənkəran" "Simurq"u qəbul etməli idi.
SportArena.az xəbər verir ki, bu qarşılaşma baş tutmayacaq. Çünki, Zaqatala klubunun maliyyə imkanları artıq buna imkan vermir ki, aşağı yaşlı komandalar uzaq səfərə çıxsın. Artıq futbolçulara da bildirilib ki, "Xəzər Lənkəran"la oyun baş tutmayacaq.
Qeyd edək ki, 2 gün öncə Bakıda olan komanda paytaxtda qalmağa pul tapmadığına görə, məcburi şəkildə Zaqatalaya dönmüşdü.
Cavid ƏHMƏDOĞLU