Xəbər verdiyimiz kimi, gələn ayın ilk günlərində Elvar Quliyevlə Yunis Hüseynov Afrikaya futbolçu axtarışına çıxacaq. Belə olan halda yerli futbolçulardan cənub klubuna transfer olunub-olunmayacağı da maraqla gözlənilən məsələlərdəndir.
SportArena.az olaraq, Lənkəran klubunun baş məşqçisi Elbrus Məmmədovla əlaqə saxlayıb, bu məsələ haqqında soruşduq:
"Biz heyətimizə yerli və əcnəbi futbolçuları cəlb etməyi düşünürük. Milli çempionatımızda bəzi futbolçular var ki, onlat "Xəzər Lənkəran"da çıxış edə bilər. Ortada konkret heç nə olmadığı üçün, ad çəkə bilmərər. Çempionat bitsin, hər şeyə aydınlıq gələcək".
Cavid ƏHMƏDOĞLU